Türkiyədə daha bir “Narin” olayı - 6 yaşlı uşaq qətlə yetirildi
Türkiyədə daha bir dəhşətli qətl hadisəsi baş verib.
İNFOAZ.WS xəbər verir ki, İstanbulun Şişli şəhərində 6 yaşlı Şirin Elmas Hanilçe itkin düşüb. 31 oktyabrdan bəri 6 yaşlı Şirindən xəbər yox idi. Ailəsi Müge Anlının verilişinə çıxaraq ondan kömək istəyiblər. Sonuncu dəfə onun bazara getdiyi bildirilib. Müge Anlının canlı verilişinə qoşulan izləyicilər Şirini bəzi yerlərdə dilənərkən gördüklərini bildiriblər.
Faktlar araşdırılıqdan sonra kamera görüntüləri üzə çıxıb. Məlum olub ki, Şirin qəbiristanlığın yaxınlığında kağız kolleksiyaçısı ilə görüntülənib. Şübhəli şəxs ifadəsində əli olmadığını bildirsə də, görüntülər ortaya çıxandan sonra qətli etiraf edib. O bildirib ki, Şirini boğaraq öldürdükdən sonra onu Feriköy qəbiristanlığında çuxura atıb. Şirinin cansız cəsədi qəbiristanlıqda tapılıb, araşdırmalar davam edir.
Oxşar xəbərlər
Türkiyədə İnflyasiya 50%-dən Aşağı Düşdü
Son Xeberler
Roblox Türkiyədə Ofis Açmaq İstəyir!
Texnologiya xəbərləri
Netflix Türkiyədə Son Həftənin Ən Çox İzlənən Film...
Son Xeberler
Rusiyadan sonra Türkiyədə də Steam qadağan olunaca...
Texnologiya xəbərləri
Türkiyədə koronavirusdan ölənlərin sayı 106 nəfər...
SON Xəbər
Avropa Ölkələri Türkiyədəki Terror Aktını Qınadı
Bugun.az