Talibanın nümayəndə heyəti də Bakıya gəlir

10.11.2024 12:23 190 baxış sayı 1 dəq. oxuma
Talibanın nümayəndə heyəti də Bakıya gəlir

Talibanın nümayəndə heyəti də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.

Bu barədə “Qafqazinfo” “Reuters”ə istinadən məlumat verir.

Məlumata görə, bu, Taliban administrasiyasının rəsmilərinin Kabildə nəzarəti ələ keçirdikdən sonra qatıldıqları ən yüksəksəviyyəli tədbirlərdən biri olacaq.

Nümayəndə heyətinə gəlincə, bu barədə Əfqanıstanın xarici işlər naziri Əbdül Qahar Bəlxi açıqlama verib. O, Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin rəsmilərinin konfransda iştirak etmək üçün Bakıda olacaqlarını bildirib.

F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: