🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sumqayıtda qanlı cinayət: Narkotik aldı, aldadıldı, bıçaqlandı

24.10.2024 10:40 49 baxış sayı 2 dəq. oxuma
Sumqayıtda qanlı cinayət:

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Pərviz Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 22 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Pərviz Ağayev tanışı, zərərçəkmiş Novruzbəy Məmmədova istifadə etmək məqsədilə narkotik maddə verib. Lakin zərərçəkmiş ona narkotik maddə olmadığını və aldadıldığını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Hər iki şəxs mübahisə ilə bağlı həmin gün saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində görüşüb, sakit yerdə söhbət etmək üçün birlikdə Sumqayıt şəhəri, Novxanı bağları ərazisində "Sarı qaya" deyilən yerdə yeni tikilmiş fərdi evlərin yerləşdiyi küçəyə gəlib. Yenidən söhbət zamanı Pərviz zərərçəkmişi aldatmadığını və narkotik maddə verdiyini deyərək bununla bağlı söyüş söyüb. Lakin Novruzbəy onun sözü və söyüşlərinə inanmayıb və təqsirləndirilən şəxsin söyüş söydüyünə əsəbiləşib sifətinə bir neçə şillə zərbəsi vurub. Sonra Novruzbəy üzərindən bıçağı çıxarıb ona göstərib. Pərviz isə bundan əsəbiləşərək üzərində gəzdirdiyi bıçağı çıxarıb onun döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə endirib. Hadisədən sonra Pərviz Ağayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş: