🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şamaxıda kişi arvadı ilə birgə yataq otağında tutduğu əmioğlunu asaraq öldürdü

29.10.2024 18:04 42 baxış sayı 9 dəq. oxuma
Şamaxıda kişi arvadı ilə birgə yataq otağında tutduğu əmioğlunu asaraq öldürdü

2023-cü il aprelin 22-də Daxili İşlər Nazirliyinin (DİN) 102 qaynar xəttinə Şamaxıdan edilən zəng rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarını hərəkətə gətirib. Rayon sakini Mehman Şirinov (ad və soyad şərtidir) polisə məlumat verərək bildirib ki, yaşadığı evdə yetkinlik yaşına çatmayan əmisi oğlu Rauf Şirinovu asaraq öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə DİN-dən Şamaxı Rayon Polisinə məlumat verildikdən sonra prokurorluq əməkdaşları ilə birgə yaradılan əməliyyat istintaq qrupu məlumatda göstərilən ünvana yollanıb.

Əməliyyatçılar Mehman Şirinova məxsus evin mətbəxinin tavanından ilk baxışdan yeniyetmə şəxsin asılmasının şahidi olublar. 2005-ci il təvəllüdlü Rauf Şirinov asıldığı kəndirdən açılaraq meyitinin müayinəsi üçün rayonun Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə təhvil verilib. Hadisəni törətdiyini etiraf edən 1994-cü il təvəllüdlü Mehman Şirinov isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hadisənin ətrafında həyata keçirilən zəruri istintaq hərəkətlərindən bəlli olub ki, hadisə qısqanclıq zəminində törədilib. Bu versiyanı irəli sürməyə, Mehman Şirinovun istintaqa verdiyi ifadələr əsas verib.

Qeyd edək ki, Mehmanla yanaşı onun atası 1967-ci il təvəllüdlü Qismət Şirinov da hadisənin iştirakçısı kimi istintaqa cəlb edilərək, barəsində polisin nəzarətində olmaqla qətimkan tədbiri seçilib. İstintaq ifadələri zamanı Mehman Şirinov bildirib ki, onun Çiçəklə rəsmi evliliyi mövcud olub. Onların bu evliliyindən iki övladları var. Nikah dövründə isə cütlüyün hər hansı bir ailədaxili problemi olmayıb. Ailələrinə mütəmadi gəlib-gedən yaxınlarından biri də əmisi oğlu Rauf olub. Onunla bağlı hər hansı bir şübhənin olduğunu isə Mehman heç ağlının ucundan belə keçirməyib. Eləcə də, həyat yoldaşı Çiçəklə bağlı.

Mehman vurğulayıb ki, hadisədən bir gün əvvəl növbəti gün tezdən Şamaxıdakı mal bazarına getmək üçün hazırlıqlar görüb. Sübh tezdən evdən gedəcəyinə görə ailəsini narahat etmədiyi üçün həmişə birgə yatdıqları otaqda yox, qonşu otaqda gecələməli olub. Mobil telefonunu isə həyat yoldaşının yatdığı otaqda şarja qoyub. Gecə saat 3 radələrində Mehmanın mobil telefonuna gələn zəng ilk olaraq onun həyat yoldaşı Çiçəyi yuxudan oyadıb. Eyni zamanda, Mehman da bu zəngə digər otaqda oyanaraq telefonu götürmək üçün cəld ailəsinin yatdığı otağa daxil olub. Bu zaman həyat yoldaşının əlində onun telefonla birgə otağın qapısına yaxınlaşdığını görüb. Mehman telefonu onun əlindən alaraq yaxın dostu ilə danışıb bazara getmək məsələsini qısa müzakirə ediblər.

Telefonla danışarkən həyat yoldaşının yatdığı çarpayı ilə yanaşı olan digər çarpayının arasındakı boşluqda balışın tərpəndiyi onun diqqətini cəlb edir. Bu vaxt o, telefon danışığını tez bitirərək otağın işığını yandırıb çarpayıya yaxınlaşıb. Gördükləri isə ona həyatının şokunu yaşadıb. Əmisinin yeniyetmə oğlu və həmişə ailə ilə birgə süfrəsində oturan Raufun çarpayıların arasında qısılaraq gizləndiyini görüb.

Bundan sonra Mehman həyat yoldaşı Çiçəyi yanına çağıraraq "ay Çiçək bu nədir, nə məsələdir?", - deyə soruşub. Çiçək isə cavabında "Mən onu çağırmamışam, sözü var idi, ona görə gəlmişdi. Gizlənib getməyib, mənim xəbərim olmayıb", - deyib. Çiçəyin həyat yoldaşına dedikləri ilk baxışdan Mehmanı inandırmasa da, o, həmin an üçün Çiçəklə ilkin olaraq hesablaşmalı olub.

Mehmanın bütün sualları qarşısında susaraq dayanan Rauf isə otaqdan qaçıb çıxmaq istəsə də, əmisi oğlu onun bu cəhdinin qarşısını alıb. Mehman yaxınlıqda yaşayan atası Qismətə zəng edərək, təcili onlara gəlməsini və gələrkən özü ilə ov tüfəngi və iki patron gətirməsini də istəyib. Atası səbəbini soruşduqda isə o, "namus məsələsidir" deyə cavab verib. Bir qədər sonra atası Qismət gəlib çıxsa da, Mehmanın dediyi kimi tüfəng və patronları gətirməyib.

Otağa daxil olanda oğlunun qarşısında yerdə dizi üstə çömbələn qardaşı oğlu Raufu görəndə gözlərinə inanmayıb. Məsələnin nə yerdə olduğu artıq ona da bəlli olub. Bununla yanaşı, Mehman qayınatasına da zəng edərək qızının, yəni həyat yoldaşı Çiçəyin ona xəyanət etdiyini deyərək onları da evinə çağırıb.

Qismət oğlunun göstərişi ilə həyətdən gətirdiyi kapron ipi Mehmana verib. Həmin iplə o, Raufun qollarını ayaqlarını bağlayaraq, qarşısında yerə uzadıb. Atasına "ya bunu asıb öldürəcəyəm, ya da özümü öldürəcəyəm" deyərək Raufa zərbələr endirməyə başlayıb. Qismət oğluna yalvararaq, əlini qana batırmamağını istəyib. Mehman isə onu öldürəcəyini təkidlə bildirib. Səhər saatlarında atası oğlunun təkidindən narazı halda oranı tərk edərək evinə gedib. Bundan sonra Mehman Raufun əl qolunu bağladığı ipin bir hissəsini kəsib ilkək düzəldərək onun boğazına keçirib, mətbəxə tərəf aparıb. Rauf onu öldürəcəyini hiss edərək Mehmana "məni öldürmə, burax mən özüm özümü öldürəcəyəm" deyərək yalvarmağa başlayıb. Mehman isə buna əhəmiyyət verməyərək onu mətbəxə gətirib, oturacağın üstünə çıxarıb, özü də masanın üstünə çıxıb, onun boynundakı ipi tarım olaraq tavandakı şalbana bağlayıb. Aşağı düşdükdən sonra "sən ölməlisən" deyərək oturacağı ayağı ilə itələyərək Raufu ipdən asılı vəziyyətdə qoyub. O, xırıldamağa başlayanda mətbəxdən çıxıb yataq otağına gəlib.

Mehman otağa daxil olarkən qayınanası və qayınatasının da artıq orada olduqlarını görüb. Otaqda döşəmənin üstündə olan kapron ipi götürərək növbəti dəfə ilkək düzəldərək həyat yoldaşına yaxınlaşıb "sən də ölməlisən" deyərək onun boğazına keçirmək istəyərkən qayınanası Solmaz onun əlini saxlayaraq yalvarmağa başlayıb və "qızımı öldürmə, apar öz itinin yerində elə bu iplə bağla, qoy orada qalsın" deyib. Bundan sonra Mehman qayınanasının bu sözündən əl saxlayaraq fikrindən daşınıb və həyat yoldaşından dəftər qələm gətirməsini istəyib. Çiçəyi qarşısında oturdaraq sahibi olduqları mal-qaranın kimə məxsus olduğunu və hər hansı mal-mülkdə iddiaçı olmadığı barədə qeydlər etdirəndən sonra polisə zəng edərək əmisi oğlunu asdığı barədə məlumat verib.

Çiçəklə Raufun gizlin münasibətlərinə gəlincə isə bir müddət əvvəl bu barədə kənddə yayılan müəyyən söz-söhbətlər mövcud olub. Mehmanın evdə olmadığı vaxtlar Çiçəyin yanına evə gedib-gələn yad oğlanın kimliyi bilinməsə də, bu barədə onun anasına sakinlər tərəfindən məlumat verilib. Buna etirazını bildirən Çiçək anasına yad kimsənin yox, qardaşının ora gəlib getdiyini deyib. İstintaqa ifadəsində isə Çiçək bildirib ki, "Rauf bizə həmişə gəlib-gedən adam olub. Həmin gün o, mənim telefonuma mesaj yazaraq mənə söz demək istədiyini bildirdi və buna görə də, axşam saat 12-də bizə gələcəyini dedi. Mən isə ona o vaxt yox, başqa vaxt gəlməsini dedim. Axşam o, evə gələrkən həyat yoldaşım evdə deyildi. O, mənim yataq otağıma daxil olaraq demək istədiyi sözü həmin an yox, sabah deyəcəyini bildirdi. Mən otaqdan çıxıb başqa otaqa keçdim. Geri qayıdanda Raufu otaqda görmədim və onun getdiyini anladım. Amma o, getməmiş, məndən xəbərsiz gizlənibmiş. Sonra da gəlib yatmışam, heç nədən xəbərim olmayıb. Yoldaşımın telefon səsinə oyandım".

Çiçəyin bu ifadəsi istintaqa səmimi görünməsə də, cinayət işinə əlavə edilərək araşdırılması üçün məhkəmə istintaqına verilib. Sözügedən cinayət işinin məhkəmə araşdırması Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmə toplanan sübutlara alınmış ifadələrə düzgün hüquqi qiymət verərək Mehman Şirinova 11 il həbs, atası Qismət Şirinova isə iştirakçı kimi 1 il 6 ay şərti cəza verilməsi ilə bağlı qərar çıxarıb.

Etiketlər

Paylaş: