
Rayonlardan Bakıya gələnlərə məhdudiyyətlər ola bilər

COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərdə tutulur.
Bu sözləri Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Nyus24.az-a açıqlamasında deyib.
“Çünki böyük tədbirdir, COP29-a dünyanın əksər ölkələrindən qonaqlar gələcək, təşrif buyuranların sayı 80 min nəfərə yaxındır ki, onların arasında rəsmilər də olacaq. Bunların həm yerləşməsi, həm də şəhərdaxili hərəkəti təbii ki, müəyyən məhdudiyyətləri zəruri edir.
Konkret olaraq şəhərdaxili, yaxud şəhərə girişlə bağlı məhdudiyyət barəsində geniş məlumat verə bilmirəm. Ancaq hər halda məhdudiyyətlər nəzərdə tutulur, çünki dərslərdə və digər sahələrdə fasilələr olacaqsa, görünür ki, rayondan Bakıya gələnlərlərlə bağlı da məhdudiyyətlər düşünülə bilər. Amma konkret hansı tədbirlərin olacağı barəsində geniş məlumat verilməyib. Bununla bağlı yaxın günlərdə açıqlama olacaq”.
Oxşar xəbərlər

COP29: Rayonlardan Bakıya giriş məhdudlaşacaqmı?
Xəbər Anı

Bakıdan rayonlara gediş-gəlişlə bağlı YENİ QƏRAR -...
Son Xeberler

Ronaldinyo Bakıya gəlir
Xəbər Anı

Almaniyada məhdudiyyətlər 14 fevraladək uzadıldı
Son Xeberler

AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetiri...
Son Xeberler

Rusiyanın Müdafiə naziri Bakıya gəlir
Son Xeberler