🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qubada qadınla kişi maşında yandırıldı - MƏHKƏMƏ

02.11.2024 11:30 30 baxış sayı 2 dəq. oxuma
Qubada qadınla kişi maşında yandırıldı

Qubada 5 il əvvəl iki nəfəri öldürüb meyitlərini yandırmaqda ittiham olunan Osman Ömərov və Əflatun Əspəndiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hafiz Əliyevin sədrlik etdiyi hakimlər bu qənaətə gəliblər ki, Osman törətdiyi əmələ görə bütün ömrünü, Əflatun isə ömrünün 18 ilini həbsdə keçirməlidir. Hökmə əsasən, O.Ömərov ömürlük, Ə.Əspəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2017-ci ildə Quba rayonunun Küpçalqışlar kəndində baş verib. Cinayətin üstü 5 il sonra açılıb. Məlum olub ki, 40 yaşlı Osman Ömərov 38 yaşlı Rəhman İşıqovu və 19 yaşlı Ülviyyə Məmmədovanı qisas almaq üçün qısqanclıq məqsədilə qətlə yetirib. O, cinayət izini itirmək üçün qəza görüntüsü yaratmaq məqsədilə onların meyitlərini elə Rəhmanım öz avtomobilinin içərisində yandırıb. İstintaqla Əflatun Əspəndiyevin də ona kömək etdiyi müəyyən edilib.

Hadisədən sonra Ömərin əvvəllər qətlə yetirdiyi Ülviyyə ilə sevgi münasibəti olduğu haqda məlumatlar yayılıb.

Paylaş: