Putin: "Biz sülh istəyirik, amma..." - AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin BRİKS toplantısında jurnalistlərə maraqlı açıqlamalar verib.
"Russia Today" (RT) saytında yer alan xəbərə görə, Putin Rusiyanın məqsədinin uzunmüddətli təhlükəsizlik maraqlarını təmin etmək olduğunu vurğulayıb.
Ukraynaya hərbi yardım ediləcəyi üçün qısamüddətli atəşkəsə qarşı çıxdığını bildirən Rusiya prezidenti, "Əgər bir növ sülh prosesindən danışırıqsa, bu proses Ukraynanı dəstəkləyən NATO ölkələrinin silah-sursat göndərə bilməsi üçün bir fürsət olmamalıdır", - deyib.
Putin rəsmi Moskvanın hər iki ölkəyə uzunmüddətli və davamlı sülh gətirmək istədiyini bəyan edib:
"Biz bunun beynəlxalq münasibətləri, Avropa münasibətlərini və iqtisadiyyatı pozan element olduğunu bilirik. Hər kəs kimi biz də bu münaqişənin tezliklə və təbii ki, sülh yolu ilə bitməsini istəyirik".
Oxşar xəbərlər
Ukrayna: Sülh Sammiti Mümkündür, Amma Şərtlərimiz...
Bugun.az
SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler
Azərbaycan və Ermənistan Arasında Sülh Prosesi İrə...
Bugun.az
Putin həlak olan pilotların adını açıqladı
Son Xeberler
NATO BAŞ KATİBİ: Putin Çarəsiz Qalıb.
KIBRIT MEDIA
İlham Əliyev və Putin Moskvada görüşdü
Bugun.az