
Marşrut avtobusu “qırmızı”da keçib qəza törətdi - Ölənlər var

Bakıda marşrut avtobusu ağır qəza törədib.
Hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.
Belə ki, Əkbər Mehdiyevin idarə etdiyi 133 saylı xətt üzrə hərəkət edən “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.
Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.
“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Etiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ! 18 metrlik “BakuBus” avtobusu qəzaya u...
Son Xeberler

Bakıda sərnişin avtobusu qəza törədib -
Son Xeberler

20-yə yaxın avtomobil zəncirvari qəza törətdi
Bugun.az

5 hərbçinin həlak olduğu qəza necə baş verib? - De...
Bugun.az

Bakıda iki sərnişin avtobusu toqquşub:
Son Xeberler

Bu ölkədə turist avtobusu aşdı: Ağır yaralılar var
Bugun.az