
İlham Əliyev Rusiyaya səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.
Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prezident İlham Əliyev Rusiyada Səfərdədir
Bugun.az

İlham Əliyev Samux rayonuna getdi
Son Xeberler

Azərbaycan Prezidenti ABŞ-a işgüzar səfərə getdi
Bugun.az

Robert Koçaryan Moskvaya getdi
Son Xeberler

Azərbaycan Prezidenti Türkmənistanda işgüzar səfər...
Bugun.az

İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana səfərə d...
Bugun.az