Efirdə müğənninin üzünə tüpürdülər
Rusiyalı müğənni Mia Boyka (əsl adı Mariya Boyko) kvadrober (heyvanların hərəkət və vərdişlərini təqlid edənlər) təmsilçisi olan bloger Frosyanın (əsl adı Daria Umnova) onun üzünə tüpürməsindən sonra dərs aldığını bildirib.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı baş verən kiçik hadisəyə görə məyus olmadığını, lakin məsuliyyət hissinin artdığını deyib.
"Həyatımda heç nəyə peşman deyiləm, çünki hər şey olması lazım olduğu kimi olur. Hər şey yaxşılığa doğrudur. Mən özümü günahkar hiss etmirəm, amma sözlərimə görə məsuliyyət hiss edirəm. Bu mənə nə deyəcəyimi və necə deyəcəyimi daha ciddi düşünmək üçün bir dərsdir”, - deyə müğənni vurğulayıb.
Qeyd edək ki, Frosya ləqəbli bloger pişik kostyumu geyinib və Mia Boykanın iştirakı ilə “YouTube”-da yayımlanan "50 Nifrətçi" şousuna gəlib. O, əvvəlcə sənətçiyə hədiyyə verə vermək istədiyini bildirib, daha sonra isə yaxınlaşanda üzünə tüpürərək ona “cəhənnəmdə yanmasını” arzulayıb.
Həmin an Mia Boyka şoka düşüb və çəkiliş qrupundan yalnız ona salfet vermələrini istəyib.
Oxşar xəbərlər
Deputat küçədə iki nəfəri döydü
Xəbər Anı
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparı...
Son Xeberler
Azərbaycanda efirdə DAVA DÜŞDÜ -
Şou Xəbər
Efirdə şok anlar: Elnarənin oxuduğu yerdə ürəyi ge...
Şou Xəbər
Oksananın səhhətində problem yarandı
Şou Xəbər
Zaur yenidən ata olmağa hazırlaşır
Şou Xəbər