Dünyaya çağırış: Bizə kəfən göndərin!

23.10.2024 09:30 227 baxış sayı 1 dəq. oxuma
Dünyaya çağırış: Bizə kəfən göndərin!

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağında bir ildən artıqdır həyata keçirdiyi hücumlara qarşı beynəlxalq ictimaiyyətin müdaxiləsi və dəstəyinin yetərli olmadığını bildirərək, ən azından, həyatını itirənlər üçün kəfən göndərilməsini istəyib.

Nazirlikdən verilən açıqlamada beynəlxalq ictimaiyyətin Qəzzada insanları qorumaq və ehtiyaclarını ödəmək üçün çox az dəstək olduğu vurğulanıb. Həyatını itirənlərin ləyaqətlə dəfn edilməsi üçün kəfən göndərilməsi istənilib.

"Bu, dünyaya çağırışımızdır: Xalqımızı qorunma və sığınacaqla təmin edə bilməyən, qida və dərman göndərməyən dünya heç olmasa şəhidlərimizi dəfn etmək üçün kəfən göndərsin", - deyə açıqlamada qeyd olunub.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: