
Bayram günlərində metro necə işləyəcək?

Noyabrın 8-9-u ölkəmizdə Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək:
"Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin "Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi "28 May” stansiyasından "İçərişəhər” və "Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq.
Bu 3 gün ərzində "Bakmil” stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək".
Etiketlər
Oxşar xəbərlər

Bakı-Qəbələ qatarı hər gün işləyəcək - Bu tarixlər...
Bugun.az

Bayram günlərində banklar bu qayda ilə işləyəcək
Xəbər Anı

Bayram günü işə çıxanlara nə qədər maaş verilməlid...
Xəbər Anı

DİQQƏT! Əhaliyə müraciət edildi
Xəbər Anı

Bayram günlərində 40 nəfər zəhərlənib - KTM
Bugun.az

Bakı metrosu 1 saat tez açılacaq - Bu tarixlərdə
Bugun.az