Bakıda yağışlı hava nə vaxta kimi davam edəcək?

28.10.2024 06:43 244 baxış sayı 1 dəq. oxuma
Bakıda yağışlı hava nə vaxta kimi davam edəcək?

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

Axar.az xəbər verir ki, bunu xidmət rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir:

“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: