Siyəzəndə motosiklet qəzası: məktəbli həyatını itirib
Siyəzən rayonunda 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib. Hadisə bu gün saat 15:00 radələrində rayonun Böyük Həmyə kəndində baş verib. Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Kərimovun idarə etdiyi motosiklet yaşayış evi ilə toqquşub.
Bakıda yük avtomobillərinin toqquşması: bir nəfər ağır yaralanıb
Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində iki yük avtomobilinin toqquşması baş verib. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. İlkin məlumata görə, qəza yük avtomobillərindən birinin əks istiqamətə çıxması səbəbindən baş verib.
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılıb
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət məhdudlaşdırılıb. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Xocavənd sakini Qarabağa qayıdışdan danışıb
Xocavənd rayonunun Quzeyxırman kənd sakini Yeganə Səmədova Qarabağa qayıdışla bağlı sevincini bölüşüb. O bildirib ki, Quzeyxırman kəndi ilə bağlı arzuları artıq reallaşır və sakinlər orada yaşayıb yaradacaqlar.
ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub
"Azərbaycan Dəmir Yolları" QSC-nin qatarlarında yanvarın 1-dən oktyabrın 15-dək 800-dən çox əşya unudulub. Bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, bu, orta hesabla ayda təxminən 90 əşya deməkdir.