Bakıda avtomobil qəzası nəticəsində qadın həlak olub
Bakının Xətai rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində bir qadın piyada həyatını itirib. Hadisə oktyabrın 18-də saat 15 radələrində Gəncə prospektində baş verib. İlkin məlumata görə, Əkbər Novruzovun idarə etdiyi minik avtomobili toqquşma nəticəsində səkiyə çıxaraq qadını vurub.
Şamaxıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
Şamaxı rayonunun Çuxuryurd kəndində faciəli hadisə qeydə alınıb. Kənd sakini 7 yaşlı S.Samıyevin yaşadığı evin həyətində uşaq su ilə dolu çənə düşərək həyatını itirib. Hadisə ilə bağlı araşdırma aparılır.
Cəbrayılda minatəmizləmə üzrə İşçi qrupun iclası keçirilib
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib. İclasda işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinin gedişi müzakirə olunub.
Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Sərnişinin səhhətində yaranan problemə görə "SWISS" aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə uçuşu oktyabrın 19-da Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib. Bu barədə aeroportun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda istixana qazı emissiyaları azalıb
Avropa Komissiyasının Qlobal Atmosfer Tədqiqatları üzrə Emissiyalar Məlumat Bazasının (EDGAR) 2026-cı il hesabatına əsasən, dünyada istixana qazı emissiyaları 0,7% artdığı halda, Azərbaycanda bu göstərici 1,4% azalıb. Ölkənin ümumi emissiyaları 2024-cü ilin göstəriciləri ilə müqayisədə azalma tendensiyası nümayiş etdirir.