Ümumi İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat edib

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib. Məlumata görə, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib. Hadisə Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə gedərkən baş verib.


Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Azərbaycan Ordusunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.


Gəncədə qəzada xəsarət alan ana və övladlarının kimliyi məlum olub

Gəncədə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. Hadisə şəhər ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 30 yaşlı ana A. Həsənova və onun 5 yaşlı övladı U. Məmmədova xəsarət alıb.


Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə səhər saatlarında Ələt-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nəcəfovun idarə etdiyi minik avtomobili aşıb. Qəza nəticəsində xəsarət alanlardan biri, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib. Hadisə nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb.


Naxçıvanda zəncirvari yol qəzası olub

Naxçıvanda zəncirvari yol qəzası baş verib. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Məlumata görə, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobil toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onların sırasında 2001-ci il təvəllüdlü Aysel Zeynalova da var.