Ümumi İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Diaspor fəaliyyətinin yol xəritəsi müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yunanıstana səfəri çərçivəsində Afinada azərbaycanlılarla görüşüb. Görüşdə diaspor fəaliyyətinin yol xəritəsi müzakirə olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Tramp Rusiyanın enerji resursları alıcılarına rüsum tətbiqindən imtina edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunda qeyd olunan, Rusiyanın əsas enerji resursları alıcılarına qarşı 100 faizlik gömrük rüsumlarının tətbiqindən imtina edib. Bu barədə Ağ Ev məlumat yayıb.


XII Bakı Beynəlxalq Kitab Sərgisinə xüsusi avtobuslar təşkil olunur

Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə kitabsevərlərin rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar təşkil edilir. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, xüsusi avtobuslar oktyabrın əvvəlindən fəaliyyət göstərəcək.


Zabrat–Maştağa yolunda hərəkət məhdudlaşdırılıb

Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, məhdudiyyət bu gündən qüvvəyə minib.