Ümumi İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Vətən müharibəsinin 30 sentyabr xronikası: "Dəmir yumruq" əməliyyatı davam edir

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi çərçivəsində 30 sentyabr tarixi döyüşlərin gedişatında mühüm mərhələ kimi qeyd olunur.


Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 60 nəfərdən ibarət 9 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocavənd şəhərinə isə növbəti ailələr köçürülüb.


FHN: Subasma zamanı 1351 vətəndaş təxliyə edilib

Bu il sentyabrın 15-dək qeyri-sabit hava şəraiti və intensiv yağışlar səbəbindən fərdi yaşayış evlərində və həyətyanı sahələrdə su basması nəticəsində çətin vəziyyətdə qalan 1351 vətəndaş FHN-in xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib.


Beyləqanda elektrik yarımstansiyasında yanğın baş verib

Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşən elektrik yarımstansiyasında yanğın qeydə alınıb. İlkin məlumata əsasən, əvvəlcə partlayış olub, ardınca ərazidə yanğın meydana gəlib. Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.


Romada Leyla Əliyevanın görüşü keçirilib

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. Görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakı qeyd olunub.