Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır
Azərbaycanda sentyabrın 27-si Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır. Ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir. Səhər saatlarından etibarən vətəndaşlar Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edirlər.
II Şəhidlər Xiyabanına ziyarət davam edir
Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. Səhər saatlarından etibarən insanlar Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Şəhidlər Xiyabanına axışır. Anım Günü ilə əlaqədar şəhidlərin yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri xiyabana gələrək şəhidlərin məzarlarını ziyarət edirlər.
FHN strukturlarında Anım Gününə həsr olunmuş tədbirlər
27 Sentyabr - Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin strukturlarında silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun xatirəsi ehtiramla yad edilib.
Latviyada Anım Gününə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr edilmiş xüsusi tədbir təşkil olunub. Mərasimi giriş sözü ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva açıb. Səfir qeyd edib ki, altı il əvvəl sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Laçında traktor minaya düşüb
İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi məlumat yayıb.