Ümumi İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Bakı-Quba yolunda ağır qəza: ölən və yaralanan var

Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, saat 12:05 radələrində yolun 13,5-ci kilometrliyində "Scania" markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər yaralanıb.


Kəngərlidə ailə qəzaya düşüb, körpə ölüb

Kəngərli rayonunda bir ailənin üzvləri qəzaya düşüb, hadisə nəticəsində körpə ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Xok kəndi ərazisində baş verib. 77-KS-302 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü şəxs və digər ailə üzvləri xəsarət alıb.


Şərurda maşın aşıb, ata və oğul xəsarət alıb

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, hadisə rayonun Axura kəndi yaxınlığında qeydə alınıb. Qəza nəticəsində ata və oğul müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Bakıda avtomobil piyadanı vurub, sürücü ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə Atatürk prospektində baş verib. "Toyota Prius" markalı avtomobil qarşısına çıxan piadanı vurub. Bu zaman sürücünün halı pisləşib və o, sükan arxasında dünyasını dəyişib.


DYP piyadalara müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydaları ilə bağlı piyadalara müraciət edib. İdarədən verilən məlumata görə, yollarda təhlükəsizliyin təmin olunması təkcə sürücülərin deyil, həm də piyadaların qaydalara ciddi əməl etməsindən asılıdır.


Həcc ziyarətinin ilkin qiyməti açıqlanıb

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti bir nəfər üçün 6100 ABŞ dolları olaraq müəyyən edilib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.


Bərdədə gənclər üçün tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bərdədə tədbir keçirilib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək" mövzusunda təşkil edilən görüşdə gənclərə vətənpərvərlik və sağlam həyat tərzi barədə məlumat verilib.


Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.