Xezerде ardıcıl zəlzələlər: yeraltı təkanlar cənub bölgəsində hiss olunub
Bu gün Xəzər dənizində ardıcıl dörd zəlzələ qeydə alınıb. İlk və ən güclü zəlzələ yerli vaxtla saat 13:05-də baş verib və 5.3 maqnituda gücündə olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi hadisəni təsdiqləyib. Yeraltı təkanlar Azərbaycanın cənub bölgəsində, xüsusilə Lənkəran və Astarada daha çox hiss edilib. Sonuncu - dördüncü zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb və 3.5 maqnituda gücündə olub. Fövqəladə Hallar Nazirliyi bildrib ki, zəlzələlər nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb.
ADSEA intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb. Qərargaha Agentliyin sədri Zaur Mikayılov rəhbərlik edir. O, bu gün Bakının Xətai rayonunun Rəşid Bağırov küçəsində - izafi yüklənmə müşahidə olunan ərazidə vəziyyəti yerində qiymətləndirib. Agentlik yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür.
Bakıda dəm qazından zəhərlənmə: iki nəfər həyatını itirib
Bakıda dünən axşam saatlarında dəm qazından zəhərlənmə nəticəsində iki nəfər dünyasını dəyişib. Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Qəhrəman Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib. Hadisələrlə bağlı araşdırma aparılır.
Gəncədə ağır yol qəzası: bir nəfər ölüb
Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib. Hərəkətdə olan "Chevrolet" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Hadisənin səbəbləri araşdırılır.
Qobustanda azyaşlı uşaq gölməçəyə düşərək boğulub
Qobustan rayonunda faciəvi hadisə baş verib. Rayonun qış otlaq sahəsində yaşayan 2017-ci il təvəllüdlü Heybət Heybətli otlağın yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə düşərək boğulub. Hadisə aprelin 7-də qeydə alınıb. Araşdırma davam etdirilir.