Turizm İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Bakı Bulvarında Zeytun Festivalı başa çatıb

Bakının Dənizkənarı Milli Parkında oktyabrın 23-dən keçirilən Zeytun Festivalı oktyabrın 25-də başa çatıb. Üç gün davam edən tədbirin son günü də yerli məhsulların təqdimatı, musiqi və əyləncə proqramı ilə yadda qalıb.


Yağışlı havaya baxmayaraq festival davam edib

Son gün yağışlı hava şəraitinə baxmayaraq, şəhər sakinləri və paytaxt qonaqları festival ərazisinə gələrək konsertlərə qulaq asıb və istirahət ediblər. Tədbir ərazisində musiqi və əyləncə proqramı gün boyu davam edib.


Festival zeytun yığımı mövsümünə təsadüf edib

Zeytun yığımı mövsümünə təsadüf edən festivalda müxtəlif yerli məhsulların təqdimatı keçirilib. Dənizkənarı Milli Parkda təşkil olunan tədbirin son günü maraqlı təqdimatlar və rəngarəng konsert proqramı ilə müşayiət olunub.