Airbnb qonaqlar üçün təmizlik tələblərini məhdudlaşdırır
Airbnb platforması ev sahiblərinin qonaqlara qarşı tətbiq etdiyi bəzi qaydalara dəyişiklik edib. Şirkətin yenilənmiş qaydalar siyasətinə əsasən, artıq ev sahibləri qonaqlardan vaxt aparan və əziyyət tələb edən tapşırıqları yerinə yetirmələrini tələb edə bilməyəcək. Buraya qab-yumaq və zibil atmaq kimi öhdəliklər daxildir.
Yeni qaydalar narazılığa cavab olaraq hazırlanıb
Qeyd edək ki, bu addım uzun müddətdir davam edən narazılığa cavab olaraq atılıb. Müştərilər təmizlik haqqı ödədikləri halda, onlardan müəyyən işlərin görülməsi tələb olunurdu ki, bu da istifadəçilər arasında ciddi narazılıq yaratmışdı. Yeni siyasət çərçivəsində ev sahiblərinin bu cür tələbləri artıq qadağan olunur.
Zeytun Festivalı oktyabrın 23-25-də keçiriləcək
Oktyabrın 23-25-də Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalı təşkil olunacaq. Festival ziyarətçiləri müxtəlif zeytun məhsulları ilə tanış edəcək və maraqlı konsert proqramı təqdim edəcək. Tədbir zeytun mövsümünün başlanmasına təsadüf edir.
Azərbaycanın turizm imkanları Çexiyada təqdim olunub
Azərbaycanın zəngin mədəni irsi, təbiət turizmi və ilboyu turizm imkanları 19-20 oktyabrda Çexiyanın Praqa və Brno şəhərlərində keçirilən "AVIAREPS Around the World Roadshow 2026" tədbirlərində təqdim edilib. Tədbirin məqsədi Azərbaycanın Çexiya turizm bazarında tanıdılması və potensial tərəfdaşlarla əlaqələrin genişləndirilməsi olub.