Turizm İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

İçərişəhərdə "Time Pavilion" muzeyi açılıb

İçərişəhərdə keçmişə səyahət imkanı yaradan yeni məkan fəaliyyətə başlayıb. "Time Pavilion" adlı innovativ və immersiv muzey müasir texnologiyalar vasitəsilə ziyarətçiləri bir əsrdən çox geriyə, Bakının 1919-cu ildəki küçələrinə aparır. Muzey şəhərin tarixini interaktiv şəkildə təqdim edir.


Yerli sakinlər üçün pulsuz ziyarət günləri təşkil olunacaq

İçərişəhər sakinləri üçün "Time Pavilion" muzeyində pulsuz ziyarət günləri təşkil olunacaq. Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud məlumat verib. Qərar yerli sakinlərin tarixi irsə çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.


Azərbaycanın sağlamlıq turizmi Özbəkistanda təbliğ edilib

Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanın turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib. Görüş Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına mərkəzdə baş tutub. Tədbirdə ölkənin sağlamlıq turizmi imkanları "Kurort" QSC tərəfindən təqdim olunub.


Beynəlxalq nümayəndə heyəti İçərişəhəri ziyarət edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkədə səfərdə olan beynəlxalq idman təşkilatlarının və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edib.