Turizm İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

İçərişəhərdə "Time Pavilion" muzeyi açılıb

İçərişəhərdə keçmişə səyahət imkanı yaradan yeni məkan fəaliyyətə başlayıb. Müasir texnologiyalar əsasında qurulan "Time Pavilion" immersiv muzeyi ziyarətçiləri bir əsrdən çox geriyə, Bakının 1919-cu ildəki küçələrinə aparır. Muzey şəhərin tarixini interaktiv şəkildə təqdim edir.


Yerli sakinlər üçün pulsuz ziyarət günləri təşkil olunacaq

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, yeni açılan muzeydə yerli sakinlər üçün pulsuz ziyarət günləri təşkil olunacaq. Bu təşəbbüs İçərişəhər sakinlərinin tarixi irslə daha yaxından tanış olmasına imkan yaradacaq.


Beynəlxalq nümayəndə heyəti İçərişəhəri ziyarət edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkədə səfərdə olan beynəlxalq idman təşkilatlarının və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edib.