Turizm İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Azərbaycanın turizm potensialı Brüsseldəki beynəlxalq sammitdə təqdim olunub

Azərbaycanın qədim İpək Yolu irsindən müasir dağ-xizək kurortlarınadək uzanan ilboyu səyahət imkanları Brüsseldə keçirilən "Euronews Travel & Tourism Summit 2026" sammitində beynəlxalq auditoriyaya təqdim olunub. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.


Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi İstanbulda turizm sənayesi və media nümayəndələri üçün şəbəkələşmə tədbiri təşkil edib. Bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verilir. Bildirilib ki, tədbirdə Türkiyə tərəfi ilə turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.


Vəngli kəndi tarixi və təbiəti ilə diqqət çəkir

Azərbaycanın Ağdərə rayonunda yerləşən Vəngli kəndi ölkənin ən gözəl təbiət guşələrindən biri kimi seçilir. Sıx meşələr, uca dağlar və təravətli hava bu yeri xüsusi edir. Kənd təkcə təbiəti ilə deyil, həm də tarixi ilə diqqət çəkir. Qarabağın tarixi-mədəni irsi bu ərazidə öz əksini tapır.


Çində Pinglu Kanalı turizmin canlanmasına töhfə verir

Çinin cənubundakı Quansi-Çjuan Muxtar Rayonunda yerləşən Pinglu Kanalı son vaxtlar turizm fəaliyyətinin canlanmasına töhfə verir. Çoxsaylı turistlər kanalın su yollarını, naviqasiya mərkəzlərini və körpülərini görmək, həmçinin kanal boyu uzanan mənzərələri seyr etmək üçün bölgəyə üz tuturlar.