Turizm İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Azərbaycan turizm potensialı Brüsseldə beynəlxalq sammitdə təqdim olunub

Azərbaycanın qədim İpək Yolu irsindən müasir dağ-xizək kurortlarınadək uzanan ilboyu səyahət imkanları Brüsseldə keçirilən "Euronews Travel & Tourism Summit 2026" sammitində beynəlxalq auditoriyaya təqdim olunub.


Təqdimat Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilib və ölkənin turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına yönəlib.


Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Azərbaycan Turizm Bürosunun Türkiyədəki rəsmi nümayəndəlik ofisi İstanbulda turizm sənayesi və media nümayəndələri üçün şəbəkələşmə tədbiri təşkil edib.


Tədbirdə Qəbələnin turizm imkanları Türkiyə turizm bazarının nümayəndələrinə təqdim olunub. Bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verilir.


Çində Pinglu Kanalı turizmin canlanmasına töhfə verir

Çinin cənubundakı Quansi-Çjuan Muxtar Rayonunda yerləşən Pinglu Kanalı son vaxtlar turizm fəaliyyətinin canlanmasına töhfə verir.


Çoxsaylı turistlər kanalın su yollarını, naviqasiya mərkəzlərini və körpülərini görmək, həmçinin kanal boyu uzanan mənzərələri seyr etmək üçün bölgəyə üz tutur.