🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İnsan maksimum nə qədər yaşaya bilər?

09.11.2024 17:21 33 baxış sayı 3 dəq. oxuma
İnsan maksimum nə qədər yaşaya bilər?

Alimlər insanın sağlam həyat tərzi ilə yaşaya biləcəyi maksimum yaşı müəyyən edə biliblər.

Bir insanın yaşaya biləcəyi maksimum yaş nə qədərdir?

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, əsrin sərhədini keçən uzun ömürlülər həmişə maraq mənbəyi olsa da, elm adamları artıq tibbi müdaxilə olmadan insan həyatının sərhəddini təyin edə biləcəklərini deyirlər. Bu nəticəyə Tilburq və Rotterdamın Erazma universitetlərinin tədqiqatçıları gəliblər.

Alimlər 2017-ci ildən əvvəlki 30 il ərzində ölən 75 mindən çox insan haqqında məlumatları təhlil edərək, yalnız sağlam vərdişlərə əməl etsəniz, mümkün qədər neçə il yaşaya biləcəyinizi hesablamağa çalışıblar. Araşdırma müəyyən edib ki, bir çoxları 90 yaşa çatsa da, ən əlverişli şəraitdə bu hədd təxminən 115 yaşdır. Qadınlar üçün maksimum yaş həddi 115,7, kişilər üçün isə 114,1-dir.

Uzunömürlülüyün nəticələri nələrdir?

Az adamın 115 ildən çox yaşaya bilməsinə baxmayaraq, bəzən istisnalar olur. Beləliklə, Ginnesin Rekordlar Kitabında fransız qadın Janna Luiza Kalman ən uzunömürlü insan kimi qeydə alınıb. 1875-ci il febralın 21-də anadan olub, 1997-ci il avqustun 4-də 122 il 164 gün yaşayaraq vəfat edib.

Kalman Eyfel qülləsinin tikintisini izləyib və Aleksandr Qrem Bellin telefonu yenicə patentləşdirdiyi dövrdə yaşayıb. Onun uzunömürlü olmasının zəhmət tələb etməyən həyat tərzi ilə bağlı olduğu güman edilir. Varlı bir əmisi oğlu ilə evlənib və həyatını idmana həsr edib: üzgüçülük, tennis, velosiped və konki sürmə.

Janna qocalana qədər sağlam vəziyyətdə qalaraq ərini, qızını və nəvəsini o dünyaya yola salıb. Hətta 85 yaşında qılıncoynatma ilə məşğul olmağa başlayıb və dəriyə qulluq və qidalanma üçün zeytun yağı istifadə edib. Yeri gəlmişkən, 115 yaşına qədər siqaret çəkib və gündə bir qədəh şərab içib.

Paylaş: