🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Evimizdəki qaz sobaları ölüm mənbəyidir - Alimlərdən xəbərdarlıq

31.10.2024 17:42 28 baxış sayı 2 dəq. oxuma
Evimizdəki qaz sobaları ölüm mənbəyidir

Alimlər qaz sobalarının yaratdığı hava çirkliliyindən qaynaqlanan ölümləri araşdırırlar.

Aparılan ilk elmi tədqiqat qaz sobalarının ildə təxminən 40 min avropalının vaxtsız ölümünə səbəb olduğunu açıqlayıb.

Dünya təxminən 50 ildir ki, qaz sobalarından yayılan azot dioksidinin (NO2) təhlükələri barədə məlumatlıdır. İspaniyadakı Xaume I Universitetinin Sağlamlıq Elmləri Fakültəsindən olan tədqiqatçılar, mövcud sağlamlıq araşdırmalarını Avropadakı evlərdə ölçülmüş NO2 dəyərləri ilə əlaqələndirərək illik ölüm sayını təxmin ediblər.

Yeni tədqiqatın baş müəllifi Dr. Xuana Mariya Delqado-Saborit “NO2 çirklənməsinin qaz sobası istifadə olunan mətbəxlərdə elektrik sobalarına nisbətən daha çox olduğunu ilk dəfə 1978-ci ildə öyrəndik. Lakin indi insan həyatına təsiri ilə bağlı bir rəqəm deyə bilirik", - deyə bildirib.

"Məsələnin miqyası düşündüyümüzdən daha pisdir. Modelimiz göstərir ki, Avropanın yarısında orta bir ev ÜST hədlərini aşır. Xarici mühit hava çirkliliyi bu pozuntuların əsasını təşkil edir, lakin evləri təhlükə zonasına çevirən qaz sobalarıdır," - o, əlavə edib.

Etiketlər

Paylaş: