🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

D vitamini ürək xəstəliklərindən qoruyur?

03.11.2024 16:20 38 baxış sayı 2 dəq. oxuma
D vitamini ürək xəstəliklərindən qoruyur?

"Beth Israel Deaconess" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, iki il ərzində D vitamini əlavələrinin qəbulu dozadan asılı olmayaraq ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "American Journal of Preventive Cardiology" məlumat yayıb.

D vitamini əlavələrinin ürəyə təsirini qiymətləndirmək üçün tədqiqatçılar maddənin daha yüksək dozalarının ürəyin zədələnməsini və gərginliyini göstərən qanda iki xüsusi zülalın səviyyəsini aşağı salıb-azaltmadığını araşdırıblar.

Təhlil böyüklərdə ürək-damar xəstəlikləri riskini azaltmaqda D vitamini əlavəsinin effektivliyini təsdiqləməyib. Tədqiqatçılar qeyd ediblər ki, D vitamini səviyyəsinin aşağı olması ürək xəstəliyinin erkən göstəricisi ilə əlaqələndirilir. Bununla belə, iki illik tədqiqat dövründə məqsədyönlü əlavələr, dozadan asılı olmayaraq, ürək-damar sağlamlığının heç bir əlamətinə təsir göstərməyib.

Etiketlər

Paylaş: