🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Ayaqlarınızdakı bu əlamətlər qəfil ölümün xəbərçisi ola bilər - DİQQƏT!

04.11.2024 12:37 55 baxış sayı 3 dəq. oxuma
Ayaqlarınızdakı bu əlamətlər qəfil ölümün xəbərçisi ola bilər

Xolestrol bir sıra xəstəliklərin səbəbidir. Yüksək xolesterol infarkt və insult riskini artırır. İnsanlar tez-tez müayinə olunmadıqları üçün xolesterolunun yüksək olduğunu bilmir.

Bəs xolestrolun yüksək olduğunu adi şəraitdə necə bilmək olar?

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gündəlik həyatda izlənə biləcək əlamətlər xüsusilə ayaqlarda özünü göstərir. Ən çox rast gəlinən simptom hərəkət zamanı hiss edilən ayaq ağrısıdır.

Ayaqların soyuq olması, barmaqların keyiməsi və ayaqlara qan dövranının zəifləməsi də bu əlamətlərdəndir.

Xolesterol bədənimizin fəaliyyət göstərməsi üçün lazım olan yağlı maddədir. Ancaq səviyyəsi yüksək olduqda, bu yapışqan maddə qan damarlarında yığıla bilər və qan dövranını məhdudlaşdırır.

Yüksək xolesterolu olan insanlarda bəzən periferik arterial xəstəlik (PAD) adlanan bir vəziyyət inkişaf edir, burada ayaq və ya qol damarları tutulur. PAD diaqnozundan beş il sonra xəstələrin 20 faizində infarkt və ya insult baş verir.

Periferik arterial xəstəliyin əlamətləri ilk olara ayaqlarda görünə bilər. PAD olan insanların 60 faizində ən çox rast gəlinən simptom hərəkət edərkən və ya idman edərkən hiss edilən ağrılı, sıxıcı və ya sancı verən hissdir, bu isə istirahət etdikdə keçir. Gəzən zamanı ağrı ilə yanaşı, PAD-ın digər əlamətləri arasında əzələ zəifliyi, tüklərin tökülməsi, dəri parlaq və soyuq olması, ayaqlarda nəbz zəifləməsi və ya olmaması, sağalmayan yaralar, soyuq və keyimiş barmaqlar yer alır.

Kardioloq Dr. Amy Pollak bildirib ki, gündəlik həyatda belə simptomlar ilə rastlaşdıqda bunun səbəbi araşdırmalı, bu xəstələri ciddi tibbi terapiya ilə müalicə etməli və onları daha yaxından izləmək lazımdır.

Yüksək xolesterol geniş yayılıb və genetik səbəblərdən, həmçinin qeyri-sağlam qidalanma tərzindən qaynaqlana bilər. Məsələn, qırmızı ət, süd məhsulları və qızardılmış yeməklər kimi heyvan yağları ilə zəngin qidalar xolesterol səviyyəsini artırır.

Xolesterolu öz-özünə hiss etmək mümkün deyil, buna görə də insanlar tez-tez bu problemi gözardı edirlər. Ancaq zaman keçdikcə bu yağlı maddənin yüksək səviyyələri bədəndə təsirlərini göstərməyə başlaya bilər.

Siqaret çəkənlər, yüksək qan təzyiqi, diabet və ya piylənmə problemi olanlar PAD inkişafı üçün daha yüksək risk altındadırlar. 60 yaşdan sonra isə PAD riski artır.

Paylaş: