🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Yeni Tədris İlinə Hazırlıqda Süni Zəka Rolunun Artması

11.09.2025 07:03 1 baxış sayı 3 dəq. oxuma
Yeni Tədris İlinə Hazırlıqda Süni Zəka Rolunun Artması

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, ailələrin məktəbə hazırlıq prosesi və gündəlik həyatlarına təsiri araşdırılıb. Araşdırma, valideynlərin qarşılaşdıqları çətinlikləri, alış-verişdən uşaqların ev tapşırıqlarına, nəqliyyat vaxtına qədər geniş bir çərçivədə əhatə edir.


Araştırmanın nəticələrinə görə, məktəbə hazırlıq adətən əvvəlcədən başlayır. Valideynlərin 36 faizi bir ay əvvəl hazırlıqlara başlayır. İştrakçıların əhəmiyyətli bir hissəsi (79%) yeni tədris ilinə hazırlığın yorğun və vaxt aparan bir proses olduğunu bildirir.


Araştırma, alış-veriş vərdişlərində əhəmiyyətli bir dəyişikliyi də ortaya qoyub. İştrakçıların 93 faizi məktəb ləvazimatlarının bir hissəsini onlayn alır. Onlayn alış-veriş edənlərin 75 faizi onlayn mağazaları, 52 faizi isə axtarış sistemlərindən istifadə edir. Qadınlar onlayn mağazaları, kişilər isə daha çox axtarış sistemlərini üstün tutur. Ancaq fiziki mağazaları üstün tutanların da (25%) olduğunu unutmaq olmaz. Böyük ticarət mərkəzlərində dükan tapmaq çətinliyi yaşayanlar üçün ətraflı xəritələr çox faydalı olardı (98%).


Təhsildə texnologiyanın rolu əhəmiyyətlidir. Valideynlərin və ya uşaqların 92 faizi əlavə tədris materialları tapmaq və ya ev tapşırıqlarında kömək almaq üçün axtarış sistemlərindən istifadə edir. Süni zəka vasitələrinin istifadəsi də diqqət çəkicidir. Ailələrin 76 faizi təhsildə süni zəka vasitələrindən istifadə edir və valideynlərin əksəriyyəti (81%) bu texnologiyalara müsbət yanaşır. Yeni tədris ilinin başlanması ilə gündəlik həyatda dəyişikliklər də müşahidə olunur. Cavab verənlərin 65 faizi avtomobillərində daha çox vaxt keçirdiklərini bildirir.


Nəqliyyatda yaşanan problemləri aradan qaldırmaq üçün dəqiq və operativ məlumatlar təqdim edən xidmətlər vacibdir. Məsələn, dəqiq gəliş vaxtları, avtomobil səfərlərinin 90%-dən çoxunda 5 dəqiqəlik dəqiqlik dərəcəsi ilə təqdim olunur.


Paylaş: