
Yayımlandı! Steam Yay Mövsümü Endirimləri başladı!

Bu il də Steam platformasında yay endirim kampaniyası başladı! 27 İyun tarixindən 10 İyul tarixinədək davam edəcək bu sərfəli təklif, oyunçulara 95%-ə qədər endirim imkanı verir.
Qlobal iqtisadi vəziyyətdən ötəri, qiymətlərin dollarla bağlı olması təsirini göstərsə də, bir çox məşhur oyunlarda əhəmiyyətli qiymət enmələri müşahidə olunur. Məsələn, Cyberpunk 2077 oyunu 44.99$-dan 15.74$-a, EA Sports FC 25 isə 69.99$-dan 13.99$-a qədər ucuzlaşmışdır. Forza Horizon 5 də 32.78$-dan 16.39$-a endirim olunub.
Endirim siyahısında Kingdom Come: Deliverance II, God of War Ragnarök, Ghost of Tsushima: Director’s Edition, Beyond Two Souls, Death Stranding, Rust və Sea of Thieves kimi populyar oyunlar da yer alır. Bu oyunlar əvvəlki dövrlərdə yüksək satış göstəriciləri əldə edərək geniş oyunçu kütləsinin rəğbətini qazanmışdır. Həm AAA, həm də müstəqil oyunlar müxtəlif endirim faizləri ilə təqdim olunur. 10 İyula qədər davam edəcək bu kampaniya, oyun kolleksiyalarını genişləndirmək istəyən istifadəçilər üçün əla fürsətdir.
Qısası, bu yay Steam-də oyun almanın tam vaxtıdır!
Oxşar xəbərlər

PlayStation Mağazasında Yay Mövsümü Endirimləri Ba...
Texnologiya xəbərləri

Steam Növbəli Döyüş RPG Festivalı başladı!
Son Xeberler

GeForce Now-da Bu Həftənin Oyunları Açılanıb!
Texnologiya xəbərləri

Oyunçular üçün xoş xəbər: GeForce Now-a yeni oyunl...
Texnologiya xəbərləri

GeForce Now-a Yeni Oyunlar Əlavə Edildi!
Texnologiya xəbərləri

Steam Keçən Həftənin Ən Çox Satılan Oyunlarını Açı...
Texnologiya xəbərləri