🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Xiaomi SU7 Ultra sürət rekordunu qırdı!

12.06.2025 12:03 10 baxış sayı 2 dəq. oxuma
Xiaomi SU7 Ultra sürət rekordunu qırdı!

Dünyanın ən çətin yarış trasslarından biri hesab edilən Alman Nürburqrinq dövrəsində Xiaomi şirkətinin yüksək performanslı elektrikli avtomobili SU7 Ultra rekord sürət nümayiş etdirdi. Sınaq versiyası ilə yola çıxan avtomobil, tam bir dövrəni 7 dəqiqə 4.957 saniyəyə tamamlayaraq yeni bir rekord qoydu.


Bu nəticə, 2023-cü ildə Porsche Taycan Turbo GT tərəfindən qoyulmuş 7 dəqiqə 7.55 saniyəlik rekordunu üstələdi. Beləliklə, Xiaomi SU7 Ultra Nürburqrinq tarixində ən sürətli istehsalat elektrikli avtomobil oldu. Qeyd edək ki, ötən ilin oktyabr ayında SU7 Ultra-nın prototip versiyası eyni trassada 6 dəqiqə 46.874 saniyəlik nəticə göstərmişdi. O zaman prototip, dörd qapılı avtomobillər kateqoriyasında ən sürətli avtomobil adını qazanmış, bu sahədə uzun illərdir Avropa-Amerika istehsalçılarının üstünlüyünə son qoymuşdu. Lakin, prototip nəticələri adətən istehsalat versiyaları ilə müqayisə olunmur.


Bu həftə elan edilən yeni reytinq, kommersiya məqsədilə satışa çıxarılan bir modelin Nürburqrinqdə əldə etdiyi ən yaxşı nəticə kimi qeydə alındı. SU7 Ultra-nın istehsalat versiyasında prototip model ilə eyni güc qurğusu istifadə olunur. Xiaomi tərəfindən hazırlanmış və "Super Motor V8s" adlandırılan elektrik mühərriki 27.200 dövr/dəqiqəyə qədər sürət əldə edə bilir. Mühərrikin ümumi gücü 1548 at gücü olaraq elan edilib, avtomobil isə 0-dan 100 km/saata cəmi 1.98 saniyə ərzində sürətlənə bilir. Maksimum sürəti isə 350 km/saatdır.


Performans göstəriciləri ilə diqqət çəkən SU7 Ultra-nın başlanğıc qiyməti təxminən 74.000 dollar müəyyən edilib. Bu qiymət, avtomobili eyni seriyadan olan standart versiyasından təxminən 2.5 dəfə baha edir.


Paylaş: