Xiaomi minlərlə elektrik avtomobilini geri çağırdı! Səbəb nədir?
Dekabr 2023-cü ildə təqdim olunan Xiaomi SU7 elektrikli sedan modeli ilə texnologiya nəhəngi Xiaomi böyük uğur qazandı. Satışa çıxarıldıqdan qısa müddət sonra avtomobil sənayesində geniş rezonans doğuran SU7 modeli, Çin küçələrini tez bir zamanda fəth etdi və minlərlə istifadəçiyə çatdı. Son məlumatlara görə, Xiaomi minlərlə Xiaomi SU7 modelini geri çağırdı. Bəs səbəb nədir?
Xiaomi 6 fevral 2024-cü il ilə 26 noyabr 2024-cü il tarixləri arasında istehsal olunan 30 931 ədəd SU7 elektrikli sedan modelinin geri çağırılmasını elan etdi. Şirkətin açıqlamasına görə, avtomobillərin avtonom park sistemində aşkar edilən proqram səhvi bu geri çağırmanın əsas səbəbidir. Bu səhv, park zamanı aşkarlama sisteminin düzgün işləməməsinə, nəticədə avtomobilin ətrafdakı obyektləri düzgün aşkar edə bilməməsinə səbəb olur. Nəticədə, avtomobillərin park zamanı digər avtomobillərə dəyməsi kimi istənməyən qəzalar törədə biləcəyi bildirilir. Xiaomi bu səhvi ilk dəfə 14 noyabr 2024-cü ildə müştəri şikayəti ilə aşkar etmişdir.
Xiaomi SU7-nin xüsusiyyətləri aşağıdakılardır: Batareya: 73.6 kWh BYD LFP Blade CLTC, Sürət (km): 700, Mühərrik: Tək, Sürücü Tipi: Arxa Təkər Sürücüsü (RWD), Güc (kW): 220, Fırlanma Anı (Nm): 400, 0-100 km/saat Sürətlənmə (saniyə): 5.28, Maksimum Sürət (km/saat): 210, Arxitektura (V): 400 (486V), 15 dəqiqəlik Şarjda Məsafə (km): 350
Oxşar xəbərlər
Tesla “Cybertruck” avtomobillərini geri çağırdı
Bugun.az
Xiaomi-nin Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri
Xiaomi iki modelin yeniləmə dəstəyini dayandırdı!
Son Xeberler
Xiaomi HyperOS 2.1: Qlobal Yenilənmə Yolda!
Texnologiya xəbərləri
Xiaomi 14 üçün HyperOS 2 yeniləməsi mövcuddur!
Texnologiya xəbərləri
Xiaomi-dən HyperOS 2 Yeniləməsi: Hansı Modellərə G...
Texnologiya xəbərləri