
Xiaomi 16 Seriyası Gəlir: Güclü Prosessor Təsdiqləndi!

Sentyabr ayında keçiriləcək Qualcomm-un 2025 Snapdragon Zirvə görüşündən sonra Xiaomi 16 seriyasının təqdimatının da elə həmin vaxtlarda baş tutacağı barədə ehtimallar artıb. Söhbət Snapdragon 8 Elite 2 prosessoru ilə işləyəcək telefonlardan gedir.
Xiaomi və Qualcomm uzunmüddətli əməkdaşlığını daha da gücləndirən yeni bir çoxillik strateji tərəfdaşlıq sazişi imzalayıblar. Bu sazişə əsasən, Çin brendi gələn illərdə də əvvəlki kimi Snapdragon 8 seriyasının dəstəyi ilə yüksək sinif modellər buraxmağa davam edəcək.
Əməkdaşlığın bir hissəsi olaraq, Xiaomi 16, Qualcomm Snapdragon 8 Elite 2 prosessoruna sahib ilk smartfonlardan biri olacaq. Snapdragon 8 Elite 2 adı hələ rəsmən təsdiqlənməsə də, ilin sonuna doğru bu adla yeni nəsil prosessorun təqdim olunması gözlənilir.
Xiaomi-nin baş direktoru Ley Cun, Qualcomm-un şirkətin qlobal inkişaf yolunda strateji tərəfdaşlarından biri olduğunu vurğulayıb. O həmçinin, Xiaomi-nin yüksək sinif bazarında daha güclü mövqe tutmaq planında Snapdragon çipsetlərinin performansından istifadə etməyə davam edəcəyini bildirib.
Xiaomi, proqram və aparat ekosistemini Snapdragon ilə sıx inteqrasiya edərək inkişaf etdirmək yanaşmasını qorumağı hədəfləyir. Eyni zamanda, Xiaomi-nin özünün hazırladığı Xring O1 prosessoru sabah Çində Xiaomi 15S Pro modeli ilə debüt edəcək. Bundan əlavə, bu çipsetin Xiaomi 16S Pro və Xiaomi 16 Ultra kimi premium və məhdud istehsal modelində də istifadə olunması gözlənilir.
Etiketlər
Oxşar xəbərlər

Xiaomi, Redmi və POCO Telefonlarına HyperOS 3 Yeni...
Texnologiya xəbərləri

Xiaomi-dən Bayraqdar Planşet Gəlir!
Texnologiya xəbərləri

Xiaomi, Redmi və POCO Telefonlarında Yeni HyperOS...
Texnologiya xəbərləri

Xiaomi-nin Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri

Xiaomi-nin Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri

Xiaomi Pad 7: İlk Təfərrüatlar Açıqlandı!
Texnologiya xəbərləri