🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Xiaomi 11 Ultra-nın Sevilən Xüsusiyyəti Geri Dönür!

16.06.2025 21:03 11 baxış sayı 2 dəq. oxuma
Xiaomi 11 Ultra-nın Sevilən Xüsusiyyəti Geri Dönür!

2021-ci ildə satışa çıxarılan Xiaomi 11 Ultra modeli ilə şirkət böyük uğur qazanmışdı. Güclü texniki xüsusiyyətlərinə əlavə olaraq, smartfon arxa tərəfində kiçik, 1.1 düymlük AMOLED ekranla təchiz olunmuşdu. Bu panel sürətli mesaj önizləmələri, həmişə aktiv ekran funksiyaları və özəlliklə selfi çəkilişi üçün istifadə olunurdu. Lakin, bu xüsusiyyət daha sonra çıxarıldı və davamçı modellərə daxil edilmədi.


Son məlumatlara görə, şirkət bu texnologiyanı geri qaytarmağa hazırlaşır. Xiaomi 16 Pro Max modelinin arxa tərəfində tam ölçülü ikinci bir ekranla təchiz olunacağı bildirilir. Hal-hazırda dəqiq deyilsə də, telefonun Xiaomi 16 Pro Max adlandırılacağı deyilir. Bunun Xiaomi 15 Pro-nun yerini tutacağı, Xiaomi 16 və 16 Pro-nun isə seriyada daha kompakt modellər kimi yoluna davam edəcəyi düşünülür.


Bildiyimiz kimi, Çin brendinin baş direktoru Ley Cun əvvəlki açıqlamasında bu ekranın cihazlara inteqrasiyasının ən böyük çətinliyinin qiymət deyil, batareyanın ömrünə və ya komponentlərin yerləşdirilməsinə təsir etmədən korpusda yer tapmaq olduğunu bildirmişdi. Ehtimal ki, buna görə də bu texnologiyanı davamçı modellərdə görməmişdik.


Bunlara əlavə olaraq, smartfonun Qualcomm Snapdragon 8 Elite 2 prosessoru ilə işləyəcəyi iddia olunur. Bilindiyi kimi, bu çipset son günlərdə performans testlərindən keçib. Tək nüvədə 4 min, çoxnüvədə isə 11 min bal toplayan prosessorun 3 nm arxitektur ilə istehsal olunacağı deyilir.


Paylaş: