🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Vivo-dan əlçatan bayraqdar smartfon gəlir!

07.05.2025 09:03 9 baxış sayı 2 dəq. oxuma
Vivo-dan əlçatan bayraqdar smartfon gəlir!

Çinli istehsalçı vivo, məhsul xəttini genişləndirməyə davam edir və söz-söhbətlərə görə, yaxın zamanlarda X200 FE modelini satışa çıxaracaq. Yeni smartfona dair ilk məlumatlar artıq üzə çıxıb.


Vivo X200 FE nələr təklif edəcək? İlk məlumatlara görə, gələn vivo X200 FE, 1.5K çözünürlükdə və 120Hz yeniləmə tezliyinə malik 6.31 düymlük düz OLED ekranla təchiz olunacaq. Ekran altında barmaq izi skineri də olacaq. Cihazın MediaTek Dimensity 9300+ və ya tezliklə satışa çıxacaq Dimensity 9400e prosessorlarından biri ilə işləyəcəyi gözlənilir.


Kamera sisteminə gəldikdə isə, 50 MP əsas sensor (Sony IMX921), 3x optik zumlu 50 MP telefoto linza (Sony IMX882) və 8 MP ultraseni kamera olacaq. Ön tərəfdə isə 50 MP selfie kamerası yer alacaq. Smartfon iki konfiqurasiyada satışa çıxarılacaq: 12 GB RAM + 256 GB yaddaş və 16 GB RAM + 512 GB yaddaş. Toz və suya davamlılığı təmin edən IP68 və IP69 sertifikatlarına malik olacaq. Bundan əlavə, 6500 mAh batareyaya və 90W sürətli şarj dəstəyinə sahib olacaq. Cihazın təxminən 200 qram ağırlığında olacağı gözlənilir.


Rəsmi satış tarixi hələ açıqlanmayıb, amma etibarlı mənbələr iyul ayında təqdim olunacağını bildirirlər.


Paylaş: