
Tramp Administrasiyası Avtomobillərdəki “Start-Stop” Sisteminə Qarşıdır

ABŞ hökuməti ətraf mühitin qorunması ilə bağlı tədbirlərə yenidən əl atıb. Bu dəfə hədəfdə avtomobillərdəki “start-stop” sistemi dayanır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) direktoru Li Zeldinin açıqlamaları yeni müzakirələrə səbəb olub. Tramp administrasiyasının “start-stop” sisteminə qarşı apardığı bu “müharibə”də Zeldin sistemin tənqidinə həsr olunmuş paylaşımında “Bu sistem hər qırmızı işıqda avtomobilinizi dayandırır ki, şirkətlər ətraf mühitin mühafizəsi ilə bağlı mükafatlar alsın. Hər kəs bu funksiyadan bezib” deyə bildirib.
Ətraf mühitin mühafizəsi üzrə agentliyin rəhbərinin karbon qazı emissiyasını azaltmağı hədəfləyən texnologiyalara bu cür yanaşması geniş tənqidlərlə qarşılaşıb. “Start-stop” sistemi dünyanın bir çox avtomobil istehsalçısı tərəfindən artıq 20 ilə yaxındır ki, geniş istifadə olunur. Bu sistem avtomobil qırmızı işıqda və ya sıx tıxacda dayandıqda mühərriki avtomatik olaraq söndürür. Mexanizm, xüsusilə şəhər şəraitində yanacaq qənaətini təmin edir. Elmi məlumatlar da bu texnologiyanın yanacaq istehlakını azaltdığını təsdiqləyir. Hərtərəfli sınaqlarda “start-stop” sisteminin real şəraitdə 4%-dən 8,7%-dək yanacaq qənaəti təmin etdiyi müşahidə olunub.
Keçmişdə “start-stop” sistemləri ilə bağlı səslənən “mühərrik və starter avadanlıqlarının zədələnməsi” kimi tənqidlər bu gün əsasən köhnəlmişdir. Avtomobil istehsalçıları bu texnologiya ilə uyğun starter motorları istehsal etməklə potensial nasazlıqların qarşısını alırlar. Tramp administrasiyasının bu son addımı ətraf mühit və enerji siyasəti baxımından yeni müzakirələrə səbəb olub.
Oxşar xəbərlər

“Pit stop”un sökülməsinə aydınlıq gətirildi
Son Xeberler

Trampla Avropa İttifaqı arasında gərgin münasibətl...
Bugun.az

Tramp Kiyevə şərt irəli sürdü
Bugun.az

Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir
Son Xeberler

Tramp Putin və Ərdoğanın strateji istəyini yerinə...
Bugun.az

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az