
Tesla 2025-ci ili Gəlir İtkiləri ilə Başladı

Elektrikli avtomobil istehsalçısı Tesla, 2025-ci ilə zəif maliyyə göstəriciləri ilə başladı. Şirkət ilin birinci rübündə gəlir və mənfəət maddələrində əhəmiyyətli azalma olduğunu açıqladı. Son məlumatlara görə, Teslanın gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalaraq 19.3 milyard dollara düşüb. 2024-cü ilin birinci rübündə 21.3 milyard dollar gəlir və 1.39 milyard dollar xalis mənfəət əldə edən Tesla, 2025-ci ilə pis başladı.
Açıqlanan rəqəmlər şirkətin istehsal və satış həcmlərinin də azaldığını göstərir. İstehsal rəqəmi ötən illə müqayisədə 16.3%, çatdırılma sayı isə təxminən 13% azalıb. Şirkətin bəyanatında avtomobil və enerji sektorlarındakı qeyri-müəyyənliklər vurğulanıb. Qlobal ticarət siyasətindəki sürətli dəyişikliklərin və tədarük zəncirindəki dalğalanmaların Teslanın maya dəyəri strukturuna və əməliyyat balansına mənfi təsir etdiyi bildirilir. Şirkətin maliyyə göstəricilərindəki bu düşüşün yalnız iqtisadi və sektor dinamikaları ilə deyil, həm də ictimaiyyətin şirkətə münasibətindəki əhəmiyyətli dəyişikliklərlə bağlı olduğu müşahidə olunur.
Baş icraçı direktor Elon Musk son zamanlar ABŞ-ın daxili siyasətində fəal olaraq ictimai rəydə böyük reaksiyalara səbəb olub. Muskın siyasi çıxışları səbəbindən Tesla bəzi ölkələrdə boykot çağırışları ilə üzləşib. Xüsusilə Avropa bazarındakı satışlar bu prosesdən birbaşa təsirlənib. Bu hadisələrlə paralel olaraq şirkətin səhm qiymətləri də düşüb. 2025-ci ilin əvvəlindən bəri Tesla səhmləri 41% azalıb.
Etiketlər
Oxşar xəbərlər

Tesla-nın maliyyə nəticələri gözləntiləri doğrultm...
Texnologiya xəbərləri

Tesla Model Y Juniper: Polis Maşını Kimi Olacaq?
Texnologiya xəbərləri

Ucuz Tesla Modelinin Çıxışı Yenidən Təxirə Salındı
Texnologiya xəbərləri

Tesla, İstanbulda Yeni Pop-Up Mağazasını Açdı
Son Xeberler

Tesla Powerwall istifadəçiləri artmaqda davam edir...
Tesla Azerbaijan Community

Tesla Model Y qiymətləri sürətlə artır! Bunun səbə...
Texnologiya xəbərləri