
"Sofi Törner "Qəbir Qazıcısı"nda Lara Kroft Rolunu Canlandıracaq"

Video oyun tarixinin ən əfsanəvi qəhrəmanlarından biri olan Lara Kroft, böyük ekrana qayıdır! Uzun müddətdir hazırlanan və hətta ləğv edilə biləcəyi barədə şayiələr yayılan Amazonun "Qəbir Qazıcısı" serialı nəhayət hərəkətə keçir. Serialın baş rol oyunçusu və yaradıcı heyəti rəsmi olaraq açıqlanıb.
"Taxt Oyunları" serialındakı Sansa Stark rolu ilə tanınan Sofi Törner, bu dəfə Lara Kroft obrazına can verəcək. Bundan əvvəl bu rolu böyük ekranda Ancelina Colil və Alişa Vikander canlandırmışdı. Layihənin gecikməsinə baxmayaraq, serialın çəkilişlərinin 19 Yanvar 2026-cı ildə başlayacağı da açıqlanıb.
Serialın yaradıcı heyəti də diqqət çəkir. Əvvəllər elan edildiyi kimi, "Fleabag" serialının yaradıcısı Fiibi Valler-Bridc layihənin başında dayanır. Bu dəfə Valler-Bridcə "Wayward Pines" serialı ilə tanınan Çad Hoc da qoşulub. İlk epizodları isə "Şoqun" serialının rejissoru Conatan van Tülleken çəkəcək.
Serialın süjet xətti barədə hələ dəqiq məlumat yoxdur. Ancaq Fiibi Valler-Bridcin layihədə iştirakı, müəllifə məxsus unikal üslubun əsərdə öz əksini tapacağını göstərir. Sofi Törnerin Lara Kroft rolunda seçilməsi isə serialın gənc Lara haqqında olacağına işarədir.
Oxşar xəbərlər

Yeni “Street Fighter” Filminin Oyunçu Heyəti Açıql...
Texnologiya xəbərləri

Elon Musk Rolunu Komediya Aktyoru Canlandıracaq
Texnologiya xəbərləri

"Sosyal Şəbəkə 2"-nin Baş Rol Oyunçusu Açıqlandı
Texnologiya xəbərləri

Məşhur müğənni DÜNYASINI DƏYİŞDİ -
Şou Xəbər

Lara Croft'un Klassik Macəraları Yenidən Canlandı:...
Texnologiya xəbərləri

Vəfat edən şəxslə olan xatirələri izləmək mümkün o...
Son Xeberler