
Samsung One UI 7 yeniləməsini dörd model üçün buraxdı!

Samsung, One UI 7 yeniləməsinin yayılmasını davam etdirir. Cənubi Koreyalı texnologiya nəhəngi yeni versiyanı daha dörd model üçün təqdim etdi. Yenilənən qurğular bunlardır: Galaxy A15, A16, Tab S9 FE və Tab S9 FE Plus. Samsung One UI 7 yeniləməsini smartfonlar üçün Cənubi Koreyada, planşetlər üçün isə Avropada yayımlayıb. Yaxın günlərdə One UI 7 yeniləməsi ölkənizə gəldikdə, qurğunuzda avtomatik olaraq bildiriş görünəcək. Əgər görünməzsə, telefonunuzun parametrlərinə girib, "Proqram Yeniləməsi" > "Yüklə və quraşdır" bölməsindən əl ilə yeniləyə bilərsiniz. Bu addımları yerinə yetirdikdən sonra yenə də yeniləməni tapa bilmirsinizsə, yeniləmənin hələ sizin bölgənizə çatmadığı deməkdir, bir az gözləməniz lazım ola bilər.
One UI 7 yeniləməsi ilə uyğun olan modellər: Qeyd: Qutudan One UI 7 ilə gələn Galaxy S25 seriyası kimi qurğular aşağıdakı siyahıda göstərilməyib.
Galaxy S Seriyası: Galaxy S24 Ultra, Galaxy S24+, Galaxy S24, Galaxy S24 FE, Galaxy S23 Ultra, Galaxy S23+, Galaxy S23, Galaxy S23 FE, Galaxy S22 Ultra, Galaxy S22+, Galaxy S22, Galaxy S21 FE, Galaxy S21 Ultra, Galaxy S21+, Galaxy S21
Galaxy Z Seriyası: Galaxy Z Fold 6, Galaxy Z Fold 5, Galaxy Z Flip 6, Galaxy Z Flip 5, Galaxy Z Fold 4, Galaxy Z Flip 4, Galaxy Z Fold 3, Galaxy Z Flip 3
Galaxy A Seriyası: Galaxy A73, Galaxy A55, Galaxy A54, Galaxy A53, Galaxy A35, Galaxy A34, Galaxy A33, Galaxy A25, Galaxy A24, Galaxy A23, Galaxy A16, Galaxy A15 (LTE + 5G), Galaxy A14 (LTE + 5G)
Galaxy Tab Seriyası: Galaxy Tab S9 FE+, Galaxy Tab S9 FE, Galaxy Tab S9 Ultra (Wi-Fi/5G), Galaxy Tab S9+ (Wi-Fi/5G), Galaxy Tab S9 (Wi-Fi/5G), Galaxy Tab S8 Ultra (Wi-Fi/5G), Galaxy Tab S8+ (Wi-Fi/5G), Galaxy Tab S8 (Wi-Fi/5G)
Galaxy F Seriyası: Galaxy F55, Galaxy F54, Galaxy F34, Galaxy F15
Galaxy M Seriyası: Galaxy M55, Galaxy M54, Galaxy M34, Galaxy M53, Galaxy M33, Galaxy M15
Oxşar xəbərlər

Samsung-dan üç məşhur model üçün təcili yeniləmə!
Texnologiya xəbərləri

Samsung üç model üçün təhlükəsizlik açıqlarını ara...
Texnologiya xəbərləri

Samsung altı model üçün May 2025 yeniləməsini bura...
Texnologiya xəbərləri

Samsung-dan məşhur model üçün gözlənilən yeniləmə!
Texnologiya xəbərləri

Samsung-dan üç model üçün sevindirici xəbər!
Texnologiya xəbərləri

Samsung Galaxy Tab S10+ üçün təhlükəsizlik yenilən...
Texnologiya xəbərləri