🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Samsung 1.4nm istehsalını 2029-cu ilə təxirə saldı

02.07.2025 23:03 11 baxış sayı 2 dəq. oxuma
Samsung 1.4nm istehsalını 2029-cu ilə təxirə saldı

Samsung şirkəti 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan 1.4nm istehsal prosesini 2029-cu ilə qədər təxirə saldığını elan etdi. Bu addım Samsung Foundry-nin strategiyasında köklü dəyişiklik deməkdir. Texnologiya inkişafında aqressiv irəliləmə əvəzinə, indi səmərəlilikə yönəlmiş yanaşma seçilib.


Son dövrlərdə Samsung-un ən böyük problemlərindən biri, xüsusilə 3nm GAA (Gate-All-Around) prosesində istehsal səmərəliliyinin aşağı olması olub. Bu, şirkətin gəlirlərində əhəmiyyətli itkilərə səbəb olub. Ona görə də Samsung 2nm və daha aşağı istehsal proseslərində daha sabit və yüksək səmərəlilik təmin etməyə üstünlük verəcək.


Digər tərəfdən, TSMC 2028-ci ildə özünün 1.4nm node prosesini, A14 modelini istifadəyə verməyi planlaşdırır. Bu addım illərdir davam etdirdiyi sabit inkişaf və yüksək səmərəlilik strategiyasının bir hissəsi kimi dəyərləndirilir. Şirkət süni intellekt və flaqman mobil prosessorlar kimi yüksək tələbat olan bazarlara güclü istehsal gücü ilə xidmət etməkdə davam edir. Beləliklə, Samsung ilə texnologiya fərqini daha da genişləndirəcək.


Samsung 1.4nm prosesinə deyil, hazırda inkişaf etdirdiyi 4nm, 5nm və 8nm istehsal proseslərinin səmərəliliyini artırmağa yönəlib. Bu köhnə node-larda yaxşılaşmalar vasitəsilə xərcləri azaltmaq və mənfəətliliyi artırmaq məqsədi güdür. Şirkət bu proseslərə tələbatın hələ də olduqca yüksək olduğunu və qısa müddətdə maliyyə tarazlığına bu yolla nail olmağı planlaşdırdığını bildirir.


Paylaş: