🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Realme GT 7 və GT 7T-nin satışa çıxarılacağı tarix açıqlandı!

11.05.2025 01:03 8 baxış sayı 2 dəq. oxuma
Realme GT 7 və GT 7T-nin satışa çıxarılacağı tarix açıqlandı!

Realme şirkəti məhsul çeşidini genişləndirməkdə davam edir. Bu istiqamətdə Çin istehsalçısı tezliklə GT 7 və GT 7T modellərini təqdim edəcək. Nəhayət, smartfonların satışa çıxarılacağı tarix bəlli oldu!


Realme rəsmi olaraq GT 7 və GT 7T modellərinin dünya bazarına 27 may tarixində təqdim olunacağını elan etdi. Yayılan reklam posterlərinə əsasən, standart GT 7 modelinin dizaynına ətraflı baxa bilərik. Əldə olunan məlumatlara görə, Avropa versiyasında Çin bazarına ötən ay təqdim olunan versiyadan fərqli xüsusiyyətlər olacaq.


Belə ki, MediaTek Dimensity 9400+ prosessoru əvəzinə MediaTek Dimensity 9300+ prosessoru ilə təchiz olunacağı gözlənilir. Digər tərəfdən, 2800x1280 piksel çözünürlüyə, 144 Hz yeniləmə tezliyinə və 6500 nit parlaqlığa malik 6.78 düymlük OLED ekranı ola bilər. Realme GT 7T isə MediaTek Dimensity 8400 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq. Əlbəttə, burada fərqli yaddaş variantlarının olması mümkündür. Android 15 əməliyyat sistemi ilə işləyəcək.


TUV sertifikatına əsasən, hər iki telefonun 120 Vt sürətli şarj dəstəyini təklif etməsi gözlənilir. Hazırda smartfonların satış tarixləri ilə bağlı rəsmi açıqlama yoxdur. Lakin son dövrlərdə sızan məlumatların artması nəzərə alınaraq, bu ay bəzi sürprizlərin yaşanması ehtimalı var.


Paylaş: