🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

POCO M7 4G: 144 Hz Ekranlı Budce Dostu Telefon

18.08.2025 14:03 1 baxış sayı 2 dəq. oxuma
POCO M7 4G: 144 Hz Ekranlı Budce Dostu Telefon

POCO, qlobal bazarda yeni büdcə dostu smartfonu olan M7 4G modelini təqdim etdi. Telefonun əsas üstünlüklərindən biri də 144 Hz-lik ekranıdır. Bu qiymətə belə yüksək yenilənmə tezliyi əsl sürprizdir!


POCO M7 4G, Qualcomm Snapdragon 685 prosessoru ilə işləyir. 6.9 düymlük LCD ekranı 1080x2340 piksel çözünürlük, 144 Hz yenilənmə tezliyi və 288 Hz toxunma cavab sürətinə malikdir. Ekranın parlaqlığı 850 nitdir. Yaddaş variantları olaraq 6GB RAM + 128GB daxili yaddaş və 8GB RAM + 256GB daxili yaddaş təklif olunur. Əlavə yaddaş üçün isə 2TB-a qədər microSD kart dəstəyi mövcuddur.


Fotoqrafiya həvəskarları üçün 50MP əsas kamera (f/1.8) və 8MP ön kamera (f/2.0) təqdim olunub. Hər iki kamera 1080p video çəkməyə imkan verir. Telefon 7000mAh batareyaya və 33W sürətli şarj texnologiyasına sahibdir. Yan tərəfdə yerləşən barmaq izi skineri isə təhlükəsizliyi təmin edir. Bundan əlavə, telefon toz və suya davamlılığı təmin edən IP64 sertifikatına malikdir və Xiaomi-nin ən yeni əməliyyat sistemi olan HyperOS 2 ilə təchiz olunub.


Ölçüləri 171.08 x 82.05 x 8.55 mm, çəkisi isə 224 qram olan POCO M7 4G-nin qiyməti təxminən 147 dollar təşkil edəcək.


Paylaş: