POCO F7: Azərbaycan bazarına girişə hazırlaşır?
Xiaomi-nin büdcəyə uyğun telefonları ilə məşhur olan POCO seriyasının yeni üzvü – POCO F7 yaxın günlərdə satışa çıxarılacağı gözlənilir. Telefon artıq bir çox sertifikatlaşdırma prosesini uğurla başa vurub, bu da rəsmi satışın qapıda olduğunu göstərir.
Ən son məlumatlara görə, POCO F7 EEC sertifikatını alıb (model nömrəsi: 25053PC47G). Bu, telefonun satışa çıxarılmasının çox yaxın olduğunu təsdiqləyir.
Şayiələrə görə, POCO F7, Redmi Turbo 4 Pro telefonunun yenidən brendinqlənmiş versiyası olacaq. Əgər bu doğru olsa, hər iki modelin dizaynı və adı fərqlənəcək, lakin texniki xüsusiyyətləri demək olar ki, eynidir.
İndiyədək məlum olan əsas xüsusiyyətlər:
Ekran: 1.5K OLED LTPS, düz dizayn
Prosessor: Snapdragon 8s Elite
Batareya: 6000mAh və ya 7500mAh
Sürətli Şarj: 90W
Əlaqə: 5G, Wi-Fi, Bluetooth
Bundan əlavə, POCO F7 Pro və F7 Ultra modelləri, həmçinin Hindistan üçün xüsusi buraxılış nəzərdə tutulur.
Oxşar xəbərlər
Xiaomi, Redmi və POCO Telefonlarında Yeni HyperOS...
Texnologiya xəbərləri
POCO X7 Pro Telefonunun Qutusu və Xüsusiyyətləri A...
Texnologiya xəbərləri
Poco X7 Seriyası Azərbaycana Gəldi!
Texnologiya xəbərləri
Xiaomi 14 üçün HyperOS 2 yeniləməsi mövcuddur!
Texnologiya xəbərləri
Xiaomi Poco F7 Pro-nun Prosessoru Açığlandı!
Texnologiya xəbərləri
Xiaomi iki modelin yeniləmə dəstəyini dayandırdı!
Son Xeberler