
Pirelli-dən ağıllı təkər texnologiyası!

Avtomobil sənayesi sürüş təhlükəsizliyi və məlumat əsaslı infrastrukturun inkişafı baxımından yeni bir dövrə qədəm qoyub. Pirelli şirkətinin yaratdığı "Cyber Təkər" adlı ağıllı təkərlər artıq yalnız yüksək performanslı avtomobillərdə deyil, standart nəqliyyat vasitələrində də istifadə olunacaq.
İtaliyanın cənubundakı Apulia regionunda başlayan yeni pilot tətbiqinin bir hissəsi olaraq təqdim olunan bu texnologiya yol təhlükəsizliyi və asfaltın vəziyyəti barədə dərhal məlumat verir. Əvvəlcə McLaren Artura kimi yüksək seqmentli avtomobillərdə istifadə olunan Cyber Təkər, ənənəvi təkərlərdən fərqli olaraq təkərin içərisinə yerləşdirilmiş sensorlarla təchiz edilib. Bu sensorlar, xüsusilə temperatur və təzyiq kimi müxtəlif məlumatları real vaxtda ölçür və məlumatlar Bluetooth Low Energy texnologiyası vasitəsilə birbaşa avtomobilə ötürülür. Beləliklə, avtomobil mövcud təkərin növünə və aşınma dərəcəsinə uyğun olaraq sürücülük dinamikasını avtomatik olaraq yenidən təşkil edə bilir.
Sistemin digər önəmli xüsusiyyəti isə 3500G-yə qədər zərbələrə davamlı olması və 10 qram ağırlığında batareyası ilə təkərin ömrü boyu aktiv qalmasıdır. Apulia’dakı tətbiq bu texnologiyanın potensialını daha geniş miqyasda sınamaq məqsədi daşıyır. Təkərlər yalnız avtomobilin içərisindəki məlumatları təmin etmir, həm də yollardakı kobudluq, çatlar və aşınma kimi fiziki məlumatları toplayaraq bir növ "yol sağlamlıq monitoru" kimi fəaliyyət göstərir. Bu sayədə asfaltda yaranan problemlər erkən aşkarlana və yol təmiri işləri daha planlı şəkildə aparıla bilər.
Bu məlumat toplama prosesi fərdi avtomobillərlə məhdudlaşmır. Təkərlər Ayvens avtomobil kirayə və nəqliyyat idarəetmə şirkətinin avtomobil parkına inteqrasiya edilib. Avtomobillər hərəkət edərkən təkərlərdən gələn xam məlumatlar qabaqcıl alqoritmlər vasitəsilə təhlil edilərək yol səthinin hərtərəfli təsviri əldə edilir. Pirelli tərəfindən başlanan bu tətbiq, şəhər nəqliyyatından kənd infrastrukturuna qədər bir çox sahəyə təsir edə biləcək bir dönüşümün müjdəçisi ola bilər.
Oxşar xəbərlər

TCL-dən Huawei-yə rəqib: NXTPAPER 11 Plus tableti...
Texnologiya xəbərləri

Qarabağda yaradılacaq “ağıllı şəhər” və “ağıllı kə...
Son Xeberler

Apple İndi Ağıllı Eynək İnkişaf Etdirir!
Texnologiya xəbərləri

NVIDIA-dan oyun xarakterləri üçün yeni texnologiya...
Texnologiya xəbərləri

CES 2025-də Əl Hərəkətləri ilə Mac İdarə Edən Appl...
Texnologiya xəbərləri

Samsungdan Yeni Ağıllı Üzüklə bağlı Patent
Texnologiya xəbərləri