
OPPO Pad SE: 11 düymlük ekranlı yeni planşet təqdim olundu!

OPPO şirkəti məhsul çeşidini genişləndirməyə davam edir. May ayında Çin bazarında tanıdılan Pad SE modeli artıq qlobal miqyasda satışa çıxarılıb. Bəs bu yeni planşet nələr təklif edir? OPPO Pad SE, 11 düymlük, 1920x1200 piksel FHD+ çözünürlüklü LCD ekranla diqqəti cəlb edir. Ekran 90 Hz təzələnmə tezliyinə, 16:10 aspekt nisbətinə və 500 nit parlaqlığa malikdir. TÜV Rheinland sertifikatlı ekran uzun müddət istifadə zamanı gözləri qorumağa yönəlib.
Cihazın əsasını MediaTek Helio G100 prosessoru təşkil edir. Bu prosessor 2.2 GHz tezlikdə işləyən iki Cortex-A76 və 2.0 GHz tezlikdə işləyən altı Cortex-A55 nüvəsindən ibarətdir. Qrafik emalı isə Mali-G57 MC2 GPU tərəfindən həyata keçirilir. OPPO Pad SE 6GB və 8GB LPDDR4x RAM variantları, həmçinin 128GB və ya 256GB UFS 2.2 yaddaş seçimi ilə təklif olunur. Ön və arxa kameralar 5MP çözünürlüyə malikdir və 1080p 30fps video çəkilişini dəstəkləyir. Android 15 əməliyyat sistemi və ColorOS 15.0.1 interfeysi ilə təchiz olunub.
9340 mAh batareyaya sahib olan planşet 33W SUPERVOOC sürətli şarj texnologiyasını dəstəkləyir. Şirkət bildirir ki, batareya 11 saata qədər video izləmə müddəti təmin edir. Yəni, bir sözlə, Azərbaycan bazarına da gəlmiş yeni və əlverişli bir planşetdir.
Oxşar xəbərlər

OPPO-dan Oyunçu Tablet: X8 Pad Gəlir!
Texnologiya xəbərləri

Huawei Qatlanan Planşet Modelləri ilə Gəlir!
Texnologiya xəbərləri

OPPO-dan sərfəli qiymətə planşet!
Texnologiya xəbərləri

OPPO-dan ColorOS 15 Yenilənməsi: Hansı Modellərə N...
Texnologiya xəbərləri

OPPO Pad 3-ün xüsusiyyətləri açıqlandı!
Texnologiya xəbərləri

OPPO Find N5-in satışa çıxacağı tarix açıqlandı!
Texnologiya xəbərləri