
One UI 8 Yenilənməsini Almayacaq Samsung Modelləri

Aprelin 7-də Samsung tərəfindən One UI 7 yenilənməsinin yayılmağa başlaması ilə yanaşı, diqqətlər artıq şirkətin növbəti versiyası - One UI 8-ə yönəlib. Təəssüf ki, bütün modellər bu yeni yenilənməni ala bilməyəcək. Bəs hansı Samsung cihazları One UI 8 yenilənməsini almayacaq? Ətraflı məlumatlar burada!
One UI 8 Yenilənməsini Almayacaq Samsung Modelləri
Son illərdə Samsung proqram təminatı dəstəyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Galaxy A16 5G-dən sonra buraxılan orta səviyyəli modellər altı il dəstək alacaq, Galaxy S24 seriyası ilə satışa çıxarılan bayraqman modellər isə yeddi il dəstək alacaq. Lakin, köhnə modellər əvvəlcədən verilən dəstək müddətlərinə əməl edəcəklər. Bu o deməkdir ki, bəzi modellər üçün proqram təminatı dəstəyi başa çatıb.
Mənbələrə görə, Galaxy S21 seriyası Android 16 yenilənməsini almayacaq. Çünki Samsung bu cihazlar üçün dörd əsas Android yeniləməsi təqdim edir. Galaxy S21 seriyası Android 11 ilə satışa çıxarılıb və dördüncü və son əsas yeniləməsini Android 15 ilə alacaq.
One UI 8 yenilənməsini almayacaq Samsung modelləri bunlardır:
Galaxy S Seriyası: Galaxy S21, Galaxy S21+, Galaxy S21 Ultra
Galaxy Z Seriyası: Galaxy Z Fold 3, Galaxy Z Flip 3
Galaxy Tab Seriyası: Galaxy Tab S6 Lite (2022), Galaxy Tab Active 4 Pro
Galaxy A Seriyası: Galaxy A14, Galaxy A14 5G
Galaxy M Seriyası: Galaxy M33, Galaxy M14, Galaxy M14 5G
Galaxy F Seriyası: Galaxy F14 5G
Etiketlər
Oxşar xəbərlər

Samsung Galaxy S23 FE üçün One UI 7 yenilənməsi
Texnologiya xəbərləri

Samsung-un Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri

Samsung One UI 7 Yenilənməsini Test Edəcək Telefon...
Texnologiya xəbərləri

Samsung One UI 7 Yenilənməsi Yaxındadır!
Texnologiya xəbərləri

Ən Yaxşı Şəkilləri Çəkən Samsung Modelləri
Texnologiya xəbərləri

Samsung One UI 7 Yenilənməsini Nə Vaxt Buraxacaq?
Texnologiya xəbərləri