
Mortal Kombat 2-nin İlk Tam Metrajlı Treyləri Yayımlandı

Bu il gözlənilən filmlərdən biri olan Mortal Kombat 2 filminin ilk tammetrajlı treyleri Warner Bros. tərəfindən təqdim olundu. 2021-ci ildə müxtəlif rəylər alsada, böyük marağa səbəb olan filmin davamı 24 Oktyabr 2025-ci ildə kinoteatrlarda gözlənilir.
Simon McQuoid yenidən rejissor kürsüsündə olsa da, ssenari ciddi dəyişikliyə uğrayıb. Birinci filmdə tənqid olunmuş ssenari quruluşu indi "The Umbrella Academy" serialının yaradıcısı və "Moon Knight", "Godzilla x Kong", "Fantastic Four" kimi layihələrdə iştirak etmiş Jeremy Slater-ə həvalə edilib. Bu dəyişiklik, ikinci filmin hekayə anlatımı baxımından fərqli bir üsluba sahib olacağı gözləntisini yaradır.
Aktyor heyəti əsasən dəyişməyib. Lewis Tan, Hiroyuki Sanada, Jessica McNamee, Mehcad Brooks, Tadanobu Asano, Josh Lawson və Joe Taslim rollarını təkrar edirlər. Onlara "The Boys" serialı ilə tanınan Karl Urban qoşulub. Urban, Mortal Kombat aləminin sevilən personajı Johnny Cage obrazını canlandırır və treylerdə də göründüyü kimi, filmdə əsas rol oynayacaq.
Film, Johnny Cage ilə yanaşı, Shao Kan və Kitana kimi ikonik personajları da özündə birləşdirir. Bu, ikinci filmin oyun dünyasından daha geniş personaj heyəti ilə kinoteatrlarımıza gələcəyini göstərir. Treyler, döyüş səhnələri, kostyum dizaynı və vizual effektlər baxımından birinci filmdən daha yüksək keyfiyyətə malik olduğunu nümayiş etdirir.
Mortal Kombat 2, birinci filmdən fərqli olaraq, HBO Max-da eyni vaxtda yayımlanmayacaq. Bu dəfə Warner Bros. filmi birbaşa kinoteatrlarda nümayiş etdirəcək. Oktyabrın 24-ü 2025-ci il tarixində gözlənilən filmin treyleri həm oyun həvəskarları, həm də aksiyon filmləri sevərləri üçün əsas hadisə olub.
Oxşar xəbərlər

İyun 2025-ci ilin ən çox yüklənən PlayStation oyun...
Texnologiya xəbərləri

May 2025-ci ilin ən çox yüklənən PlayStation oyunl...
Texnologiya xəbərləri

Netflix Türkiyədə Son Həftənin Ən Çox İzlənən Film...
Son Xeberler

Ağıllı saatdə GTA oyunu? Reallıqdır!
Texnologiya xəbərləri

Aprel 2025-ci ilin Ən Çox Yüklənən PlayStation Oyu...
Texnologiya xəbərləri

Nothing OS 3.0-ın yeni beta versiyası yayımlandı!
Texnologiya xəbərləri